16:35 - 11.07.2018
11 iyul, Fineko/abc.az. OPEC Rusiyanın 2018-ci ilin ikinci yarısında neft hasilatını 150 min b/s, yəni 11,13 milyon b/s qədər artıracağını gözləyir.
Kartelin aylıq hesabatında deyilir ki, Rusiyada neft hasilatı may ayında 11,15 milyon b/s təşkil etmişdir ki, bu da əvvəlki ayın göstəricisi ilə eynidir. İlkin məlumatlara görə, iyun ayında Rusiyada istehsal həcmi 90 min b/s - 11,24 milyon b/s qədər çatıb.
2019-cu ildə OPEC yeni yataqların işlənməsi hesabına Rusiyada neft hasilatının artmasını gözləyir. Rusiyada illik istehsal artımı 20 min b/s təşkil edə bilər.
Xəbər verildiyi kimi, iyunun 23-də Vyana şəhərində OPEC və qeyri-OPEC ölkələri neft hasilatının məhdudlaşdırılmasına dair əvvəlcədən götürülən öhdəliklərin 100% yerinə yetirilməsindən əvvəl 1 milyon b/s artımı haqqında razılığa gəlib. Rusiya Federasiyasının Energetika naziri Aleksandr Novak 2018-ci ilin sonuna qədər istehsalın ümumi artımında Rusiyanın payının 200 min b/s təşkil edəcəyini qeyd etdi. Eyni zamanda bu həcm qəti müəyyən edilmiş bir səviyyə deyil, digər OPEC + iştirakçılarının neft hasilatından asılı olaraq dəyişə bilər.
27 İyul 2026
28 İyul 2026
28 İyul 2026