15:26 - 18.10.2023
18 oktyabr Fineko/abc.az. Əmək hüquqlarının pozulmasına görə tibb müəssisəsi cərimələnib.
Yasamal rayon prokurorluğundan ABC.AZ-a verilən məlumata görə, tibb müəssisəsində əmək hüququnun pozulması faktı ilə bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırma zamanı “Berlin Ailə və Uşaq Klinikası” MMC ilə həkim Vurğun Məmmədov arasında bağlanmış əmək müqaviləsi hüquqi qüvvəyə minmədən sonuncunun klinikada cərrahiyyə əməliyyatı icra etməsi müəyyən edilib.
Yasamal rayon məhkəməsinin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026