09:20 - 13.10.2023
13 oktyabr, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti cümə günü hərracda artır.
Brent markalı neftin dekabr fyuçersləri London ICE Futures birjasında saat 09:16-da $0,64 (0,74%) artaraq bir barel üçün $86,64-a çatıb. Oktyabrın 12-də Brent markalı neftin dekabr fyuçersləri $0,18 (0,21%) artaraq bir barelə $86,00-a çatıb.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin noyabr fyuçerslərinin qiyməti saat 09:16-da $0,76 (0,92%) artaraq bir barelə $83,67-a çatdı. Oktyabrın 12-də aparılan hərracların nəticələrinə görə, WTI neftinin noyabr fyuçerslərinin qiyməti $0,58 (0,69%) azalaraq bir barelə $82,91-a düşüb.