Bakıda fəaliyyət göstərən 30 illik müəssisə ləğv olunur

16:38 - 14.10.2026


14 oktyabr, Fineko/abc.az. “İstehsalat Texnoloji Komplektləşdirmə Dövlət Müəssisəsi” MMC ləğv olunduğunu elan edib.

Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, ev 139 ünvanına bildirə bilərlər. 1996-cı il iyulun 17-də dövlət qeydiyyatına alınan şirkətin nizamnamə kapitalı 50 manat təşkil edir.

Müəssisənin qanuni təmsilçisi İlkin Sərdarov Fəxri oğludur.