09:40 - 12.10.2023
12 oktyabr, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri əvvəlki gün düşdükdən sonra cümə axşamı hərracda azalmağa davam edir.
Brent markalı neftin dekabr fyuçersləri London İCE Futures birjasında saat 09:35-də $0,27 (0,31%) - bir barel üçün $85,55-a düşdü. Oktyabrın 11 - də Brent markalı neftin dekabr fyuçersləri $1,83 (2,09%) ucuzlaşaraq bir barelə $85,82-a çatıb.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin noyabr fyuçerslərinin qiyməti saat 09:35-ə $0,41 (0,49%) azalaraq bir barel üçün $83,08-a düşüb. Oktyabrın 11 - də aparılan hərracların nəticələrinə görə, WTI neftinin noyabr fyuçerslərinin qiyməti $2,48 (2,88%) azalaraq bir barelə $83,49-a düşüb.