Avropa İttifaqı Rusiya almazlarına qarşı sanksiyalar hazırlayır

10:26 - 6.10.2023


6 oktyabr, Fineko/abc.az. Avropa İttifaqı Rusiya almazlarına qarşı sanksiyalar hazırlayır.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Avropa Şurasının rəhbəri Şarl Mişel bildirib.

Onun sözlərinə görə, Aİ G7 ölkələri ilə birlikdə Rusiya almazlarına qarşı sanksiyaları davam etdirəcək və bu istiqamətdə yeni sanksiya paketi hazırlanır. O bildirib ki, tədbirlər gələn ildən həyata keçirilməlidir.

“Biz Ukraynanı hərbi, siyasi və maliyyə yardımı ilə dəstəkləməyə davam edəcəyik… Rusiyaya təzyiq göstərməyə davam edəcəyik. İndi biz G7 ilə birlikdə gələn ildən başlayaraq rus almazlarına qarşı sanksiyalar tətbiq etmək üçün işləyirik”, – Ş.Mişel deyib.