“SpaceX” və “Amazon” dünya miqyaslı layihəyə başlayır - Kosmosdan internet ötürüləcək

11:49 - 5.10.2023


5 oktyabr, Fineko/abc.az. “SpaceX” yeni, dünya miqyaslı layihəsi başlayır.

ABC.AZ xəbər verir ki, sözügedən layihə Starlink adlanır və mahiyyəti kosmosdan bütün dünyaya internet ötürməkdir.

Bununla yanaşı, “Amazon” da “Project Kuiper” adı altında hazırda çoxlu istifadəçisi olan oxşar xidmət üzərində işləyir. Şirkət “KuiperSat-1” və “KuiperSat-2” adlı ilk sınaq peyklərini oktyabrın 6-da ULA-nın (United Launch Alliance) Atlas V raketi ilə aşağı yerin orbitinə çıxarır.

Bu peyklərlə şirkət çoxlu orbital və əlaqə testləri həyata keçirəcək və işlər arzulandığı kimi getsə, yeni peyklər daim “SpaceX” kimi aşağı yerin orbitinə göndəriləcək.