17:09 - 4.10.2023
4 oktyabr, Fineko/abc.az. Sığorta şikətlərinin investisiyaları ötən ilin sonu ilə müqayisədə 10.7% artıb.
ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankın 2023-cü ilin I yarısı üzrə Maliyyə sabitliyi hesabatında deyilir.
Sözügedən hesabatda qeyd edilib ki, artımdan sonra sığorta şikətlərinin investisiyaların həcmi 1404 mln. manata çatıb.
Artım əsasən dövlət qiymətli kağızları (19.8% və ya 125 mln. manat) hesabına baş verib.
Ümumilikdə, həyat sığorta şirkətlərinin aktivlərinin 90%-ni, qeyri-həyat sığorta şirkətlərinin aktivlərinin isə 65%-ni investisiya portfeli təşkil edir.
Həyat və qeyri həyat sığorta şirkətlərində investisiya aktivləri əsasən DQK-dan və bank vəsaitlərindən ibarətdir.
Yerli maliyyə alətlərinin çeşidinin artması sığorta şirkətlərinin investisiya fəaliyyəti üçün zəruridir.
21 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026