15:15 - 3.10.2023
3 oktyabr, Fineko/abc.az. Yenidən fəaliyyətə başladığı dövrdən 01.10.2023-cü il tarixinədək Tərtər çayı üzərində derivasiya tipli “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik Stansiyalarında ümumilikdə 21.8 milyon kVt∙st elektrik enerjisi istehsal edilib.
ABC.AZ xəbər verir ki, bu barədə Energetika Nazirliyi öz “Facebook” səhifəsində paylaşım edib.
“3 il öncə – 2020-ci ilin 3 oktyabr tarixində Tərtər rayonunun Suqovuşan kəndi işğaldan azad edilib. Qısa vaxtda burada quruculuq, təmir-bərpa işlərinə start verilib.
Yenidən fəaliyyətə başladığı dövrdən 01.10.2023-cü il tarixinədək hər iki stansiyada ümumilikdə 21.8 milyon kVt∙st elektrik enerjisi istehsal edilib”, – paylaşımda qeyd olunur.
14 Oktyabr 2026
14 Oktyabr 2026
14 Oktyabr 2026
14 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026