17:12 - 28.09.2023
28 sentyabr, Fineko/abc.az. Bu il ərzində Azərbaycanda 21 özəl və 2 dövlət aqroparkı olmaqla ümumilikdə 23 aqropark qeydiyyata alınıb və 59 sahibkarlıq subyektinə rezidentlik verilib.
ABC.AZ xəbər verir ki, bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib.
"Aqroparkların fəaliyyətində dəyər zəncirinin formalaşdırılması, effektivliliyin artırılması, həmçinin hüquqi çərçivənin müəyyən olunması məqsədilə ölkə Prezidentinin 21 dekabr 2021-ci il tarixli fərmanı ilə “Aqroparklar haqqında Nümunəvi Əsasnamə” təsdiq olunub. Həmin əsasnaməyə uyğun olaraq aqroparkların rəsmi qeydiyyata alınması prosesinə başlanılıb", - deyə agentlik bəyan edib.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026