14:29 - 9.07.2018
9 iyul, Fineko/abc.az. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakı obyektlərinin özəlləşdirilməsi üzrə hərrac keçirir.
Dövlət Komitəsinin məlumatında deyilir ki, növbəti hərrac avqustun 7-də keçiriləcək.
“Hərraca 44 obyekt, o cümlədən, 17 səhmdar cəmiyyəti, 12 kiçik dövlət müəssisəsi və obyekti, 15 qeyri-yaşayış obyekti çıxarılacaq”, - deyə məlumatda bildirilir.
Məlumatda qeyd edilir ki, hərrac haqqında ətraflı məlumatı privatization.az və emdk.gov.az ünvanlarında almaq olar.
30 İyul 2026