Avropada satılan hər beş avtomobildən biri elektriklidir - Hesabat

15:15 - 20.09.2023


20 sentyabr, Fineko/abc.az. Avqust ayında Avropa İttifaqı (Aİ) ölkələrinin yeni avtomobil qeydiyyat məlumatları məlum olub.

ABC.AZ-ın məlumatına görə, hesabatı Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) yayıb. 

Aİ ölkələrində elektriklə işləyən avtomobillərin avqust ayında ümumi satışdakı payı ilk dəfə olaraq 20%-i ötüb.

Məlumatlara görə, Aİ ölkələrində yeni avtomobil satışları keçən ay 2022-ci ilin eyni dövrü ilə müqayisədə 21% artaraq 787 min 626-ya çatıb.

2023-cü ilin yanvar-avqust aylarında Aİ-yə üzv dövlətlərdə yeni nəqliyyat vasitələrinin qeydiyyatı keçən ilin eyni dövrü ilə müqayisədə 17,9% artaraq 7 milyon 78 min 464 olub.

Müəllif: Elmir Murad