Bu Fond 50 milyon manatlıq istiqraz yerləşdirəcək

11:36 - 13.09.2023


13 sentyabr, Fineko/abc.az. İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 50 milyon manat məbləğində istiqrazların yeni emissiyası və yerləşdirilməyi planlaşdırır.

Mərkəzi Bankdan ABC.AZ-a verilən məlumata görə, istiqrazların tədavül müddəti 9000 gün, illik faiz dərəcəsi 3,% (kupon ödənişi hər 180 gündən bir) təşkil edəcək.

Hazırda İKZF-nin 1 milyard 547 milyon 761,002 manat məbləğində istiqrazları tədavüldədir.

İKZF 2022-ci ildə istiqrazların yerləşdirilməsindən 450 milyon manat cəlb edib (2021-ci illə müqayisədə artım 1,6 dəfə).

Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 150 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. İlkin ödəniş 15-25% təşkil edir.