12:25 - 12.09.2023
12 sentyabr, Fineko/abc.az. İsrail “ərzaq təhlükəsizliyini təmin etmək” üçün Azərbaycan və Özbəkistanla taxıl sazişləri imzalayıb.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bu sazişlər Ukraynada davam edən müharibə səbəbi ilə yaranan qlobal ərzaq böhranı fonunda İsrailin bütün buğda ehtiyaclarını təmin edəcək.
İsrail Azərbaycan və Özbəkistanla imzaladığı saziş buğda tədarükü üçün müsəlman ölkələri ilə ilk regional alyansın yaradılmasına yönəldilib.
Saziş “uzunmüddətli”dir və İsrailin buğda mənbələrini diversifikasiya etmək istəyindən irəli gəlir.
Qeyd edək ki, COVID-19 pandemiyasının və Rusiya-Ukrayna müharibəsinin iqtisadi təsiri, İsrailin mal idxalını çətinləşdirib və kəskin qiymət artımına səbəb olub.
Buğdanın qarşılığında Azərbaycan və Özbəkistan İsraildən kənd təsərrüfatı sahəsində qabaqcıl texnologiyalar alacaq.
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026