14:18 - 8.09.2023
8 sentyabr, Fineko/abc.az. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Azərsu” ASC ilə Mekorot Water Company şirkəti arasında dəniz suyunun duzsuzlaşdırılması layihəsi çərçivəsində texniki məsləhət xidmətlərinin göstərilməsi üzrə müqavilə imzalanıb.
ABC.AZ xəbər verir ki, görüşdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov və İsrailin milli su operatoru Mekorot Water Company şirkətinin direktorlar şurasının sədri Amir Lang iştirak ediblər.
Qeyd edək ki, Mekorot Water Company şirkəti və onun törəmə müəssisələri hazırda dünyanın bir sıra ölkələri ilə dəniz suyunun duzsuzlaşdırılması, eləcə də suyun idarə edilməsi sahəsində əməkdaşlıq edir.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026