Azərbaycan "OPEC+" çərçivəsində kvotasından 185 min barel geridə qalıb

12:21 - 8.09.2023


8 sentyabr, Fineko/abc.az. Bu ilin avqust ayında Azərbaycanda ortalama gündəlik xam neft hasilatı 500 min barel səviyyəsində olub. 

ABC.AZ Apa-ya istinadən xəbər verir ki,  bu barədə  “Platts”ın məlumatları əsasında tərtib olunmuş “S&P Global Commodity Insights”ın icmalında bildirilir.

Məlumata görə, “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) əməkdaşlığı çərçivəsində Azərbaycanın gündəlik xam neft hasilatı üzrə kvotası 684 min bareldir.

Beləliklə, “S&P Global Commodity Insights”ın icmalına əsasən, Azərbaycan avqust ayında "OPEC+" çərçivəsində kvotasından 184 min barel geridə qalıb.

Azərbaycan Respublikası Energetika Nazirliyinin məlumatına görə, 2023-cü ilin iyul ayında Azərbaycanda gündəlik xam neft hasilatı 499 min barel təşkil edib və ölkə bu dövrdə "OPEC+" çərçivəsində kvotasından 185 min barel geridə qalıb.

Qeyd edək ki, razılaşmanın çərçivəsində “OPEC+” üzvləri 2023-cü ilin sonuna qədər gündəlik neft hasilatını 2 milyon barel azaldacaq.İyun ayında keçirilən nazirlərin son iclasında alyans 2024-cü ildən gündəlik neft hasilatını sutkada təxminən 1,4 milyon barel azaldacağını bəyan edib.