11:39 - 6.07.2018
6 iyul, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti depozit hərracı barədə elan edib.
AMB-in məlumatına əsasən, hərrac bazar ertəsi günü, iyulun 9-da keçiriləcək.
“Hərrac vasitəsilə 8,01% – 9,99% dərəcə üzrə 350 milyon manat həcmində vəsaitin cəlb edilməsi planlaşdırılır. Vəsaitlər 14 gün müddətinə cəlb ediləcək”, - məlumatda belə deyilir.
AMB-in depozit hərracı “Bloomberg” ticarət platformasında keçirilir.
Hərraclar 13 iyun 2016-cı il tarixindən keçirilir.
4 Avqust 2026
4 Avqust 2026