16:40 - 4.09.2023
4 sentyabr, Fineko/abc.az. Dünyanın tanınmış aylıq aktiv istifadəçilər tərəfindən ən populyar sosial platformaların adlarını açıqlanıb.
ABC.AZ xəbər verir ki, bu barədə “World of Statistics” nəşri məlumat dərc edib. Sözügedən reytinqdə ilk yeri ABŞ-ın “Facebook” sosial şəbəkəsi tutur. Bu sosial şəbəkənin 3,03 milyard aylıq aktiv istifadəçisi var. Sonrakı yeri “YouTube” musiqi platforması tutur. Aylıq 2,56 milyard istifadəçi “YouTube”nin xidmətlərindən istifadə edir.
Azərbaycanda da bir çox çoxlarının yaşamının bir hissəsi olan “WhatsApp” bu siyahıda üçüncü yeri tutub. Bu gün 2 milyard insan “WhatsApp”dan istifadə edir.
Dördüncü yerdə “Instagram” foto-şəkil sosial şəbəkəsi yer alıb. Hazırda aylıq 2 milyard insan “Instagram” izləyicisidir.
İlk beşliyi Çinin “WeChat” sosial şəbəkəsi qapayır. Bu sosial şəbəkənin 1,31 milyard istifadəçisi mövcuddur.
Daha sonrakı yeri “TikTok” tutur. Bu gün Çinin bu sosial şəbəkəsində 1,09 milyard insan videolara baxır.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026