14:43 - 30.08.2023
30 avqust, Fineko/abc.az. 2022-ci ildə Azərbaycanda bütün növ un ehtiyatları ilə özünütəminetmə səviyyəsi 93,3% (2021-ci ildə 95%) təşkil edib.
ABC.AZ İnterfaks-a istinadən xəbər verir ki, 2022-ci ilin yekunları üzrə buğda ilə özünütəminetmə səviyyəsi 56,7% (2021-ci ildə 61,5%) təşkil edib.
2022-ci ildə əhalinin hər nəfərinə buğda istehlakının illik həcmi 3,2 kq (2021-ci ildə 6,7 kq), un istehlakının illik həcmi 47,5 kq (2021-ci ildə 60,1 kq) təşkil edib.
2022-ci ildə Azərbaycanda 3 milyon 309,493 min ton (2021-ci illə müqayisədə azalma 6,8%) buğda ehtiyatı olub. 2022-ci ilin əvvəlinə ölkədə buğda ehtiyatının qalığı 325,665 min ton təşkil edib. 2022-ci ildə Azərbaycanda 1 milyon 690,832 min ton buğda istehsal edilib (azalma 8% - İF), idxalın həcmi 1 milyon 292,996 min ton (artım 12,6% - İF) təşkil edib.
30 İyul 2026
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026