Ödənişləri 27 faiz artan sığorta növü - Hesabat

15:00 - 28.08.2023


28 avqust, Fineko/abc.az. Azərbaycanda həyatın yaşam sığortası üzrə ödənişlər 27%-dək artıb.

ABC.AZ Mərkəzi Bankın hesabatına istiandən xəbər verir ki, cari ilin yanvar-iyul aylarında bu növ sığorta üzrə ödənişlər 165 milyon 433,6 min manat təşkil edib.

Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 35 milyon 093,6 min manat və ya 26,9% çoxdur.

2022-ci ilin yanvar-iyul aylarında bu göstərici 130 milyon 339,9 min manat təşkil edib.