11:56 - 25.08.2023
25 avqust, Fineko/abc.az. Rusiyanın avtomobil istehsalçısı “Sollers” şirkəti 2023-cü ilin payızında Azərbaycanda fəaliyyətə başlayacaq.
ABC.AZ Apa-ya istinadəm xəbər verir ki, bu barədə “Sollers Alabuga” şirkətinin satış və marketinq direktoru Marat Şarapov məlumat verib.
Qeyd olunub ki, şirkət “Azərmaş” Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) istehsala başlayacaq.
"Biz bu yaxınlarda Azərbaycanla əməkdaşlığın inkişafı ilə bağlı müqavilə bağlamışıq. Payızda bu layihənin icrasına başlanacaq. Bu, bizim ilk ixrac bazarımız olacaq", - o deyib.
Şarapov əlavə edib ki, şirkət digər ölkələrin bazarlarına da çıxmağı hədəfləyib.
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
30 Sentyabr 2026