Dünya Bankı: Orta Dəhlizlə ticarət 2040-cı ilədək 1,5 dəfə arta bilər

11:42 - 29.09.2026


29 sentyabr, Fineko/abc.az. Dünya Bankının “İnteqrasiya: Transxəzər Nəqliyyat Dəhlizi boyunca qabaqcıl ticarət logistikası” hesabatına əsasən, Orta Dəhliz ölkələri arasında ticarətin həcmi 2040-cı ilə qədər 2023-cü illə müqayisədə dəyər ifadəsində 1,5 dəfə, fiziki həcmdə isə 60% arta bilər.

 Lakin marşrut boyunca yüksək ticarət xərcləri və institusional parçalanma prosesi çətinləşdirir.

Bank xəbərdar edir ki, marşrutun mürəkkəb multimodal strukturu əməliyyat risklərini artırır.

Çatdırılma prosesində 4-5 sərhəd keçidi, dəmir yolu relslərinin eninin 2 dəfə dəyişdirilməsi, 4 dəfəyədək aşırılma və gömrük tranzit rejimlərinə 10 dəfəyədək daxilolma və çıxış baş verir. İxrac səbətində hələ də karbohidrogenlər və xammal üstünlük təşkil edir, yüksək əlavə dəyərli malların payı isə nisbətən aşağı bazadan genişlənir.