11:41 - 25.08.2023
25 avqust, Fineko/abc.az. Türkiyənin Qars vilayətində Azərbaycan İş Adamları Dərnəyi yaradılıb.
ABC.AZ Report-a istinadən xəbər verir ki, Türkiyə-Azərbaycan qardaşlığına Qarsdan töhfə vermək məqsədilə qurulan dərnək “bir millət, iki dövlət” şüarıyla sosial, mədəni və iqtisadi sahələrdə fəaliyyətlər göstərəcək.
Qars Azərbaycan İş Adamları Dərnəyinin rəhbəri Zəkəriya Dəmiral təşkilatın rəsmi olaraq qurulduğunu və önümüzdəki günlərdə geniştərkibli toplantılar keçirəcəyini bildirib. O, dərnəyə üzv olmaq istəyənlərin qeydiyyatının başlayacağını da qeyd edib.
Dərnək rəhbərinin sözlərinə görə, Türkiyə və Azərbaycan bir-birindən ayrılmaz qardaş ölkələrdir.
“Bizlər də gerçək mənada fəaliyət göstərəcək və Türkiyə-Azərbaycan qardaşlığına Qarsdan dəstək verəcək bir dərnək yaratdıq. Dərnəyimizin qapısı bütün Qars əhalisi ilə bərabər, azərbaycanlılara da açıq olacaq”, - deyə Dəmiral vurğulayıb.
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026