“Azərşəkər" İngiltərə şirkəti ilə əməkdaşlığa başlayır

11:27 - 25.08.2023


25 avqust, Fineko/abc.az. İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan “Azərşəkər” MMC ilə İngiltərənin "Genus ABS Global" şirkəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Agentlikdən ABC.AZ-a verilən məlumata görə, Memorandumun məqsədi ölkəmizdə heyvandarlıq sahəsinin inkişaf etdirilməsi, xüsusilə də rəqabətqabiliyyətli və ixrac potensialına malik südlük və ətlik heyvandarlıq təsərrüfatlarının yaradılmasıdır.

Sənədi "Genus ABS Global" şirkətinin region üzrə direktoru Mark Smit və “Azərşəkər” MMC-nin İdarə Heyətinin sədri Anar Mehdiyev imzalayıblar.