16:19 - 24.08.2023
24 avqust, Fineko/abc.az. Ağcabədidə pambıq məhsulu yığımına hazırlıq görülür.
ABC.AZ xəbər verir ki, Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, 2023-cü ildə rayonda 3770 hektarı “Azərpambıq” MMC, 4392,4 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 2400 hektarı “P-Aqro” MMC, 930,3 hektarı digər şirkətlərlə müqavilə əsasında 11 min 492,7 hektar sahədə pambıq becərilib.
Yüksək məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki becərilmə qaydalarına ardıcıl və düzgün əməl olunub, cərgələrarası becərmələr, alaq otlarına və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri vaxtında aparılıb, bitkilər tələbata uyğun optimal müddətdə mineral gübrə və suvarma suyu ilə təmin edilib.
Nəticədə yaxşı çıxış alınıb, barlı kollar yetişib. Bu isə məhsulun bol olacağından xəbər verir.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026