“Trendyol” Azərbaycanda şirkət yaratdı

14:46 - 24.08.2023


24 avqust, Fineko/abc.az. Türkiyənin və dünyanın tanınmış elektron ticarət platforması “Trendyol” Azərbaycanda şirkət yaradıb.

ABC.AZ “Report”a istinadən xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Trendyol Azərbaycan” MMC-ni dövlət qeydiyyatına alıb.

Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, ev 4/189, nizamnamə kapitalı 200 min manat, qanuni təmsilçisi isə Türkiyə vətəndaşı İrem Çağlı Yılandildir. O, 6 ildən çoxdur ki, “Trendyol”da çalışır.