Könüllü sığorta üzrə 559,287 mln. manat sığorta haqqı toplanılıb

11:07 - 23.08.2023


23 avqust, Fineko/abc.az. Bu ilin yanvar-iyul aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 559,287 milyon manat sığorta haqqı toplanılıb.

ABC.AZ “Renkinq”ə istinadla xəbər verir ki,  Mərkəzi Bankın hesabatına əsasən , bu, ötən ilin eyni dövrünə nisbətən 27,5% çoxdur.

Ötən 7 ayda icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə illik müqayisədə 42,8% artaraq 202,514 milyon manata çatıb.

Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 221,326 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 18,5% çoxdur. İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği 13,4% artaraq 61,651 milyon manata çatıb.

Beləliklə, bu ilin yanvar-iyul aylarında könüllü sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 39,6 manatı qədər ödəniş edilib. Bu rəqəm ötən ilin eyni dövründə 42,6 manat olub. İl ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 38,3 manatdan 30,4 manata düşüb.