14:41 - 22.08.2023
22 avqust, Fineko/abc.az. San-Fransiskoda yerli hakimiyyət iki sürücüsüz taksi xidmətininin işini genişləndirdikdən sonra sürücüsüz avtobusları istifadəyə verib.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, yeddi dayancaqlı olan marşrutda xidmət pulsuzdur.
Sürücü oturacağı və sükanı olmayan tam elektriklə işləyən nəqliyyat vasitəsi, zərurət yaranarsa, əl nəzarətçisindən istifadə edərək avtobusu idarə edə bilən növbətçi ilə təchiz olunub.
“Avtobusda müşayiətçinin olması hər kəsin özünü rahat hiss etməsinə səbəb olur. Bu, hələlik onun nəyə bənzədiyini və pilotsuz servisin aşağı həcmli, aşağı sürət mühitində necə işlədiyini görmək üçün sadəcə bir nümayişdir” - San Fransisko Dairə Nəqliyyat İdarəsinin icraçı direktoru Tilli Çanq deyib.
Sürücüsüz avtobus pilot qrant proqramı çərçivəsində fəaliyyət göstərir.