16:28 - 18.08.2023
18 avqust, Fineko/abc.az. Cari ilin yeddi ayında dövlət əmlakının icarəsindən büdcəyə 19.3 milyon manat vəsait ödənilib.
Bu barədə ABC.AZ xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sitinadən xəbər verir.
Qeyd olunur ki, yeddi ay ərzində qeyri-yaşayış sahəsinə dair 418 yeni icarə müqaviləsi bağlanılıb. Bu dövrdə qeyri-yaşayış sahələrinin icarəsindən dövlət büdcəsinə 3,6 milyon manat vəsait ödənilib.
Həmçinin eyni dövrdə 1.497 torpaq sahəsinə dair yeni icarə müqaviləsi bağlanılıb ki,bu torpaq sahələrinin icarəsindən dövlət büdcəsinə 15,7 milyon manat məbləğində vəsait ödənilib.
Ümumilikdə qeyri-yaşayış və torpaq sahələrinin icarəyə verilməsi ilə bağlı yeddi ayda 1.915 yeni icarə müqaviləsi bağlanılıb.
Cari dövrdə daşınmaz dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 19,3 milyon manat məbləğində vəsaitin ödənilməsi təmin olunub və proqnoza 147,7% əməl edilib.