Maşın və avadanlıqların istehsalı azalıb

15:58 - 14.08.2023


14 avqust, Fineko/abc.az. Cari ilin yeddi ayında maşın və avadanlıqların, avtomobil, qoşqu və yarımqoşquların, sair nəqliyyat vasitələrinin istehsalı sahələrində 243,4 milyon manatlıq məhsul istehsal edilib.

Bu barədə ABC.AZ Bakı Şəhər Statistika İdarəsinə istinadla xəbər verir.

Qeyd olunur ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 16,2 faiz azalıb, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 39,2 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 57,9 faiz artıb. Əvvəlki ilin yanvar-iyun aylarına nisbətən ştanqlı quyu nasoslarının istehsalında 5,3 faiz artım müşahidə olunub.