11:55 - 14.08.2023
14 avqust, Fineko/abc.az. Avqustun 31-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan “Atabank” və “Dəmir Bank” ASC-lərin bankomatlarının satışı üzrə açıq hərrac keçiriləcək.
ABC.AZ Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna (ADIF) istinadla xəbər verir ki, hərraca çıxarılan “Atabank”a məxsus 38 və “Dəmir Bank”a məxsus 18 ədəd qeyri-işlək vəziyyətdə olan "Diebold" markalı bankomatlarıdır.
“Atabank”ın əmlaklarına ümumilikdə 4 826 manat, “Dəmir Bank”ın əmlaklarına isə ümumilikdə 2 286 manat qiymət qoyulub.
28 İyul 2026
27 İyul 2026
27 İyul 2026