Xocəsən–Lökbatan avtomobil yolunda hərəkət məhdudlaşdırılır

14:53 - 11.08.2023


11 avqust, Fineko/abc.az. Piyada keçidində aparılan təmir-bərpa işləri ilə əlaqədar hərəkət 8 saatlıq məhdudlaşdırılacaq.

Bu barədə ABC.AZ Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadla xəbər verir.

Bildirilir ki, Xocəsən–Lökbatan avtomobil yolunun 2-ci kilometrdə yerləşən yerüstü piyada keçidində aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq avqustun 12-də axşam saat 22:00-dan avqustun 13-də saat 06:00-a qədər yolun sözügedən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.