11:13 - 7.08.2023
7 avqust, Fineko/abc.az. Prezident İlham Əliyev bugün “Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yolunun Gəncə-Qazax-Gürcüstan ilə dövlət sərhədi (130,15 km) hissəsinin 4 zolağa genişləndirilməsi layihəsi" çərçivəsində yenidən qurulan, ümumi uzunluğu 102 kilometr olan Gəncə-Qazaxbəyli hissəsinin açılışında iştirak edib.
ABC.AZ xəbər verir ki, bundan başqa Prezident Qazaxda “Venzana” mebel fabrikinin açılışında iştirak edib.
Daha sonra şəhərin su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi mərasimində iştirak edib.
Prezident həmçinin Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində yaradılan şəraitlə tanış olub.