“Apple”ın xalis mənfəəti 19,9 mlrd dollar olub

14:49 - 4.08.2023


4 avqust, Fineko/abc.az. Apple aprel-iyun dövrü üçün balans hesabatını açıqladı.

 ABC.AZ şirkərə istinadla xəbər verir ki, iyulun 1-də başa çatan rüblük balans hesabatında Apple-ın gəliri  azalaraq 81,8 milyard dollar olub. Ötən ilin eyni dövründə isə şirkətin gəliri təxminən 83 milyard dollar olub.

Ötən ilin eyni dövründə 19,4 milyard dollar olan “Apple”ın xalis mənfəəti 2,5 % artaraq 19,9 milyard dollar olub. Şirkətin səhm üzrə qazancı bu müddət ərzində 1,20 dollardan 1,26 dollara yüksəlib.