17:22 - 2.08.2023
2 avqust, Fineko/abc.az. Lənkəranda quşçuluğun inkişafı üçün güzəştli kredit ayrılıb.
ABC.AZ xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
Nazir bildirib ki, sahibkar Elman Allahverdiyev quşçuluğun inkişafı layihəsi üzrə Sahibkarlığın İnkişafı Fondundan 70 min manat güzəştli kredit əldə edib. Layihə Lənkəran rayonunda icra olunacaq. Kiçik və orta biznesin inkişafına dəstək fəaliyyətimizin prioritet istiqamətidir.
30 İyul 2026
29 İyul 2026
29 İyul 2026