10:57 - 4.07.2018
4 iyul, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” QSC (ADY) elektrik təchizatının məhdudlaşdırılmasına görə regional qatarların hərəkətində gecikmələrin olduğunu bildirib.
ADY-in məlumatında deyilir ki, Astara-Horadiz-Bakı qatarı bu gün vaxtında gəlib, Böyük Kəsik-Bakı qatarı isə yarım saatlıq gecikmə ilə çatıb. Digər qatarlar da gecikir.
“Bakı-Sumqayıt-Bakı elektrik qatarları bu gün qrafik üzrə işləyəcəklər. Sərnişin sıxlığının qarşısını almaq üçün gün ərzində iki qruplu qatarlar xəttə buraxılacaq”, - deyə məlumat verildi.
Enerji təchizatındakı problemlər Mingəçevir İES-də baş verən qəza ilə bağlıdır ki, bu da iki dəfə: iyulun 2-dən 3-nə keçən gecə və iyulun 3-ü axşam ölkənin bütün ərazisində enerjinin kəsilməsinə gətirib çıxardı.
16 Sentyabr 2026
16 Sentyabr 2026
16 Sentyabr 2026
16 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026