15:21 - 1.08.2023
1 avqust, Fineko/abc.az. 2023-cü il üzrə yenidən baxılmış icmal büdcənin gəlirləri 43 milyard 60,1 milyon manat proqnozlaşdırılır ki, bu da ilkin təsdiq olunmuş göstəriciyə nisbətən 10 milyard 34,4 milyon manat və ya 30,4 faiz çoxdur.
ABC.AZ xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin “2023-cü ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər sənədi”ndə bildirilib.
Cari ilin icmal büdcənin xərcləri 41 milyard 269,9 milyon manat proqnozlaşdırılır ki, bu da ilkin təsdiq olunmuş göstəriciyə nisbətən 3 milyard 300,5 milyon manat və ya 8,7 faiz, 2022-ci ilin icra göstəricisinə nisbətən isə 6 milyard 196,3 milyon manat və ya 17,7 faiz çoxdur. İcmal büdcə ilkin olaraq 4 milyard 943,6 milyon manat kəsirlə proqnozlaşdırılsa da, yenidən baxılma ilə 6 milyard 733,9 milyon manat əlavə büdcə gəlirləri hesabına icmal büdcədə 1 milyard 790,3 milyon manat profisit gözlənilir.
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026
26 Avqust 2026