11:22 - 27.07.2023
27 iyul, Fineko/abc.az. "Volkswagen", Çinin elektrik avtomobil istehsalçısı "XPeng"ə 700 milyon dollar sərmayə yatıracaq.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, Çin bazarında gücünü artırmağı hədəfləyən Almaniyanın avtomobil nəhəngi Xpeng-in səhmlərinin 4,99 faizini alacaq.
Almaniyanın avtomobil istehsalçısı XPeng ilə əməkdaşlıqda Çin üçün iki müxtəlif model elektrik avtomobili istehsal etməyi planlaşdırır.
Yeni elektrikli avtomobillər Volkswagenin Çinin Hefei şəhərindəki yeni inkişaf, innovasiya və təchizat mərkəzində istehsal olunacaq və avtomobillər Çində Volkswagen brendi altında satılacaq. Modellərin istehsalına 2026-cı ildə başlanacağı gözlənilir. Volkswagen bu avtomobillərdə avtonom (sürücüsüz) idarəetmə üçün Xpeng tərəfindən hazırlanmış proqram təminatından istifadə edəcəyini açıqlayıb.