“Hell Energy Azerbaijan” MMC dövlət qeydiyyatına alınıb

17:17 - 26.07.2023


26 iyul, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Hell Energy Azerbaijan” MMC-ni dövlət qeydiyyatına alıb.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, MMC-nin nizamnamə kapitalı 480000 ABŞ dolları və qanuni təmsilçisi Əliyev Hüseyn Fikrət oğludur.

“Hell Energy Azerbaijan” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov ev.203A m.37 ünvanıdır.