15:28 - 26.07.2023
26 iyul, Fineko/abc.az. Yevlax Pilot Aqroparkda fərdi sahibkar Məhərrəm Əsgərova və “Balxurma” MMC-yə rezident statusu verilib.
ABC.AZ xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz tvitter səhifəsində məlumat verib.
Nazir bildirib ki, rezidentlər tərəfindən 61,1 hektar sahədə investisiya həcmi 640 min manat olan intensiv meyvə bağları salınacaq, 13 nəfər daimi, 112 nəfər isə mövsümi işlə təmin ediləcək.
5 Avqust 2026
5 Avqust 2026