10:38 - 25.07.2023
25 iyul, Fineko/abc.az. “TikTok”da yeni funksiya işə düşüb.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, yeni funksiyanın köməyi ilə mətn rejimində mesaj yazmaq, ona səslər, stikerlər, heşteqlər və digər elementlər əlavə etmək mümkündür.
Məlumata görə, mətn mesajlar qaralama kimi yaddaşda saxlanıla bilər. Bu, istifadəçilərə yarımçıq qalan mətni tamamlamağa və ya bir neçə postu planlaşdırmağa imkan verir.
Qeyd edək ki, “TikTok” “Twitter”in rebrendinqi və “Threads” xidmətinin işə salınması fonunda mətn yaratmaq funksiyasını işə salıb. “The Verge” qeyd edir ki, “TikTok” tanınmış mikrobloq platformalarının birbaşa analoquna çevrilməsə də, belə formatı işə salmaq üçün düzgün vaxtı seçib.
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
24 Sentyabr 2026
25 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026