Yaponiya Rusiyadan taxıl idxalını artırıb

12:13 - 20.07.2023


20 iyul, Fineko/abc.az. Yaponiya 2023-cü ilin ilk altı ayında Rusiyadan taxıl idxalını artırıb. 

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Yaponiya Maliyyə Nazirliyinin ticarət statistikasında qeyd edilib. Məlumata görə, bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 509,7 faiz artıb. 

Qeyd edilib ki, bununla belə, tərəvəz idxalı 56,7 faiz, meyvə idxalı 96,8 faiz, balıq və balıq məhsulları idxalı isə 23,4 faiz azalıb. 

2023-cü ilin iyun ayında Rusiyadan taxıl idxalı 2022-ci ilin iyun ayı ilə müqayisədə 445,2 faiz artıb. Bununla yanaşı, tərəvəz idxalı 78,1 faiz, balıq və balıq məhsulları idxalı isə 14,2 faiz azalıb.

Statistika onu da göstərir ki, bu ilin iyun ayında Yaponiya Rusiyadan meyvə idxal etməyib.