Bakıda bina evlərinin satışı niyə azalıb?

10:30 - 20.07.2023


20 iyul, Fineko/abc.az. Bakıda bina evlərinin satışında da ciddi azalma müşahidə olunur.

ABC.AZ xəbər verir ki, bu barədə əmlak məsəslələri üzrə ekspert Elnur Fərzəliyev deyib.

Onun sözlərinə görə, bu da daha çox mövsümlə bağlıdır.

"Tələbat az olduğuna görə qiymətlər müəyyən qədər sabit qalıb. Avqustun sonundan etibarən satışa çıxarılan mənzillərin də qiymətlərində artımların olması proqnozlaşdırılır. Yay mövsümündə regionlarda isə kirayə evlərin qiymətləri kəskin bahalaşır. Bu gün regionlarda qiymətlərə nəzər salsaq, paytaxtdakı qiymətlərlə eyni olduğunu hətta bəzən baha olduğunu görürük", - deyə o, əlavə edib.