11:56 - 3.07.2018
3 iyul, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti 1,2 (1,61%) dollar enib.
Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 79,23 dollar təşkil edir.
“Azəri Light” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeydə alınmışdır.
Nyu-Yorkun “NYMEX” («New York Merchantile Exchange») birjasında “WTI” markalı neftin avqust ayının fyuçersi, 2 iyul tarixli ticarətin nəticəsində, keçən nəticəyə nisbətən (iyunun 29-da – 74,15 dollar) 0,21 dollar enərək 73,94 dollar/barelə təşkil edib.
“ICE” birjasında (InterContinental Exchange Futures) “Brent” markalı neftin sentyabr fyuçersinin qiyməti, 2 iyul tarixli ticarətin nəticəsində, ötən yekuna nisbətən (29 iyun – 79,44 dollar) 2,14 dollar (2,7%) enərək bir barelə 77,30 dollar təşkil edib.
Neftin “Brent” və “WTI” markaları arasındakı qiymət fərqi azalır və 2 iyul tarixli ticarətin nəticələrinə əsasən 3,36 dollar / barelə təşkil edir.
27 İyul 2026
28 İyul 2026
28 İyul 2026