Daha bir qanunsuz tikili sökülüb

14:33 - 18.07.2023


18 iyul, Fineko/abc.az. Bakı şəhərinin Xəzər rayonu ərazisində müvafiq icazəverici sənədlər olmadan, o cümlədən yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla tikinti işlərinin aparılması faktları aşkar edilib.

ABC.AZ xəbər verir ki, Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınıb və obyektlər sökülüb.

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin müfəttişi Adil Bayramov bildirib ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, sökülən obyekt sahiblərinin heç biri sənəd təqdim etməyib: “Xəzər rayon Buzovna qəsəbəsində Nizami küçəsində dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, qanunsuz tikintiyə davam etdirilib. Tərəfimizdən qanunsuz tikilən obyektlərin sökülməsinə dair qərar verilib. Bundan başqa, Qala qəsəbəsi Südçülük sovxozu ərazisində də iki qanunsuz obyektin söküntüsü aparılacaq”.