10:36 - 18.07.2023
18 iyul, Fineko/abc.az. Azərbaycanda ən çox və ən az işsiz olan rayonların adı məlum olub.
ABC.AZ xəbər verir ki, Dövlət Statistika Komitəsi ölkənin şəhər və rayonları üzrə işsizlərin sayını açıqlayıb.
Komitənin açıqladığı məlumatlara görə işsizlərin sayı üzrə birinci yeri 49 800 nəfər olmaqla Bakı şəhəri tutur.
Bundan başqa Ağdam rayonu (10 749 nəfər), Füzuli rayonu (6 529 nəfər), Gəncə şəhəri (6 217 nəfər) və Lənkəran rayonu da (5 797 nəfər) ən çox işsiz sayı olan bölgələr olub.
Ən az işsiz sayı olan rayonlar isə Şahbuz (27 nəfər) Kəngərli (36 nəfər), Sədərək (37 nəfər) rayonlarıdır.
Müəllif: Elmir Murad
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026