12:35 - 17.07.2023
17 iyul, Fineko/abc.az. Sığorta bazarının kapitallaşması hələ də çox azdır və beləliklə, sığorta şirkətlərinin risk qəbuletmə imkanlarını məhdudlaşdıran amildir.
ABC.AZ xəbər verir ki, bunu "Sığorta mübahisələrinin uğurlu həlli yolları" adlı konfransda çıxışı zamanı Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc deyib.
O bildirib ki, hazırda ölkə üzrə bütün sığortaçıların nizamnamə kapitalının məcmu məbləği təxminən 310 milyon manat civarındadır. Bu məbləğ, orta səviyyəli bir Avropa sığortaçısının kapitalı ilə müqayisədə kifayət qədər aşağıdır.
Zahid Oruc əlavə edib ki, kapitallaşma ilə yanaşı, sığorta ehtiyatlarının yaradılması və öz resurslarını sərbəst investisiyaya yönəltməsi vacibdir:
"Sığorta ehtiyatları ölkə iqtisadiyyatı üçün mühüm kredit resursu rolunu oynaya bilər" - deyə Z.Oruc bildirib.
3 Avqust 2026
1 Avqust 2026
1 Avqust 2026