Azərbaycanın Aran iqtisadi zonasında 13 min investisiya layihəsi 543 milyon manat həcmində maliyyələşdirilib

17:20 - 27.10.2017


Azərbaycanda sahibkarlıq fəaliyyətinin güzəştli kreditləşməsi prosesi davam edir.

Sahibkarlığa Kömək Milli Fondunun məlumatında deyildiyi kimi, Aran iqtisadi zonasında bu günə kimi, 13 min investisiya layihəsinin maliyyələşdirilməsi üçün 543 milyon manat həcmində güzəştli kredit verirlib.

“Bu gün, Bərdə şəhərində keçirilən işgüzar forum çərçivəsində sahibkarlara,  heyvandarlığın, bostançılığın inkişafı və çörək, quru meyvələrin istehsalı üçün 1,3 milyon manat həcmində güzəştli kredit verilib, bütovlükdə isə, Bərdədə 3000-dən artıq sahibkara 73,9 milyon manat həcmində kredit verilib”, - məlumatda belə deyilir.