Bakıda obyektlər də bahalaşıb - VİDEO

10:28 - 17.07.2023


17 iyul, Fineko/abc.az. Bakıda obyektlərin qiymətləri bahalaşıb. 

ABC.AZ xəbər verir ki, bunu "Xəzər Xəbər"ə əmlak məsələləri üzrə ekspert Ülvü Əliyev deyib. O bildirib ki, son bir il ərzində 3 dəfə  əmlak qiymətlərində bahalaşma olub.

Onun sözlərinə görə, bu gün bakıda xüsusilə biznes məqsədləri üçün qeyri-yaşayış sahələri almaq istəyənlərin sayı artıb.

"Buna paralel olaraq qiymətlər də yüksəlib."

O, qiymət artımın səbəblərini açıqlayaraq qeyd edir ki, sənədsiz obyektlərin satışı çox çətindir. Üstəlik bu obyektlərin alqı-satqısında müəyyən əngəllər yaranır. Bu səbəbdən də bazarda az sayda qeyri-yaşayış sahələri  təklif edilir.

Ekspert onu da qeyd etdi ki, sənədsiz qeyri-yaşayış sahələrinə çıxarışın verilməsi prosesinə başlanılması da  bazarada öz təsini göstərəcək.

Sənədləşmə işi tam başa çatdıqdan sonra obyeklərin sayından asılı olaraq qiymətlərdə ucuzlaşma olacağı da istisna edilmir.