15:24 - 11.07.2023
11 iyul, Fineko/abc.az. Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) “Güzəştli mənzil” sistemi vasitəsilə mənzil satışına nəzarət artırılıb.
ABC.AZ xatırladır ki, söhbət 29 iyul – 11 avqust tarixlərində keçiriləcək mənzil seçimindən gedir.
MİDA elan edib ki, “Güzəştli mənzil” sistemində 2023-cü il 29 iyul–11 avqust tarixlərində keçiriləcək mənzil seçimi prosesinə əlavə təhlükəsizlik tədbirləri tətbiq edilib.
Xatırladaq ki, bir neçə gün əvvəl Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) ödkənin 3 yerində - Bakı Şəhəri Yasamal Yaşayış Kompleksində, Bakı şəhəri Hövsan Yaşayış Kompleksində və Gəncə Yaşayış Kompleksində mənzillərin güzəştlə satışını elan edib.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026